May
2021
13:24
151
15
4132
Virtual karabakh

Azərbaycanda hansı sosial şəbəkələrə maraq azalıb? - STATİSTİKA

1 May, 2021
13:24
4132

Azərbaycanda hansı sosial şəbəkələrə maraq azalıb? - STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin aprel ayı ərzində Azərbaycanda müxtəlif sosial media platformalarının bazar payı açıqlanıb.

Oxu.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, aprel ayı ərzində istifadəçilərinin sayına görə “YouTube” sosial media platformasının bazar payı yüksək olub.

Ötən ay ərzində “YouTube” istifadəçilərinin sayı 29,32 faiz təşkil edib. Mart ayında 24,26 faizlik bazar payı ilə ikinci ən çox müraciət edilən sosial platforma apreldə ayında birinci yerdə qərar tutub.

Ölkəmizdə ikinci ən çox giriş edilən sosial media platforması isə “Twitter” olub. Mart ayında 33,63 faizlik aktivlik dərəcəsi ilə birinci yerdə qərar tutan “Twitter” aprel ayında 25,74 faizlik bazar payına sahib olub.

Digər istifadəçilərinin sayı ilə seçilən sosial şəbəkə 20,27 faizlik bazar payı ilə “Instagram” olub. Mart ayındakı 17,76 faizlik göstərici ilə “Instagram” apreldə də yerini qoruyub saxlayıb.

“Facebook” da həmçinin mart ayında olduğu kimi aprel ayında da dördüncü ən çox giriş edilən sosial media platforması olub. Mart ayında 13,33 faizlik bazar payına sahib olan platformada istifadəçi aktivliyi daha da artaraq 14,63 faizi təşkil edib.

“Pinterest” istifadəçilərinin sayında azalma müşahidə olunub. Belə ki, mart ayında bu platforma üzrə istifadəçilərin aktivlik dərəcəsi 9,78 faiz təşkil edərkən apreldə 8,68 faizi təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri