May
2021
12:48
98
23
1658
Virtual karabakh

“Petkim” pandemiyaya baxmayaraq istehsal gücünü 92 %-ə çatdırdı - FOTO

7 May, 2021
12:48
1658

“Petkim” pandemiyaya baxmayaraq istehsal gücünü 92 %-ə çatdırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayan “Petkim” qlobal miqyasda ümumi təklifin azaldığı pandemiya dövründə fasiləsiz istehsalı davam etdirərək istehsal aktivliyini artırıb və bununla da “Petkim”in istehsal gücü 92 %-ə çatıb.

Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2021-ci ilin ilk rübündə də maliyyə göstəricilərini yüksəltməyə nail olub. Qlobal istehsalda və dünya tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq, istehsal prosesinə fasiləsiz davam edən “Petkim” Türkiyə daxili bazarını ehtiyac duyduğu məhsullarla təchiz edib. İlk üç ayda ümumi gəliri 5 milyard TL-yə çatan şirkətin satışlarında daxili bazarın payı 66 % olub. 

İSTEHSAL AKTİVLİYİ 92 %-Ə ÇATIB

2021-ci ilin ilk rübünün maliyyə göstəricilərini açıqlayan “Petkim” pandemiya şəraitində davam etdirdiyi mənfəət artımı ilə yanaşı qlobal istehsalın azaldığı bir dövrdə istehsal tutumunun artırılması ilə də diqqətəlayiq bir nəticəyə imza atıb. Xammal məhdudiyyətləri səbəbindən bir çox neft-kimya şirkəti istehsalını azaltdığı və hətta dayandırdığı bir vaxtda “Petkim”in istehsal tutumunun aktivliyi 92 %-ə çatıb. “Petkim”in bu uğurunda STAR Neft Emalı Zavodu (NEZ) ilə birgə həyata keçirilən inteqrasiyalı istehsalın da böyük rolu olub. Rəqəmsal texnologiyaları istehsal proseslərinə uğurla tətbiq edərək xammal və əsas istehsal resurslarında yüksək məhsuldarlıq əldə edən STAR NEZ bu dövrdə tam gücü ilə fəaliyyətinə davam edərək “Petkim”i yüksək keyfiyyətli nafta ilə nizamlı bir şəkildə təmin edib. Planlaşdırılmış satış hədəflərini pandemiya müddətində reallaşdırmağa nail olan və effektiv dövriyyə kapitalı vasitəsilə büdcə hədəflərinə uyğun inkişafını davam etdirən Petkim 2021-ci ilin ilk üç ayında 892 milyon TL məbləğində xalis mənfəət əldə edib. 

ƏVVƏLKİ RÜBƏ NİSBƏTƏN 56 % ARTIM ƏLDƏ OLUNUB

2021-ci ilin ilk rübünün nəticələrini dəyərləndirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, tibbi ləvazimat və gigiyenik məhsulların istehsalında istifadə edilən xammalın istehsalına diqqəti artıraraq, ilk növbədə, daxili bazarın tələbatı qarşılanıb və Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya müəssisəsi olaraq yerli sənaye müəssisələrinin tələbləri fasiləsiz yerinə yetirilib. Dünya miqyasında tədarük zəncirində yaranan problemlərə baxmayaraq istehsalı fasiləsiz davam etdirdiklərini vurğulayan Anar Məmmədov daha sonra deyib: “Petkim” bu mürəkkəb dövrdə qlobal bazarda baş verən qiymət dalğalanmalarını effektiv bir şəkildə idarə edərək, əldə etdiyi üstünlükləri əməliyyatlarında əks etdirdi. Qlobal miqyasda xammal qiymətlərinin məhsul qiymətlərindəki artımdan geri qalması da bu müddətdə təsirli olub”.

İlin ilk rübündə uğurlu bir maliyyə göstəricisi nümayiş etdirdiklərini bildirən Anar Məmmədov bunu da əlavə edib: “EBITDA (əməliyyat qazancı) rəqəmlərimiz TL bazasında bundan əvvəlki rübə nisbətən 56 % artım göstərib. Mürəkkəb bir dövrdə əldə olunan bu göstəricilərdə innovativ həllər ilə əməliyyat məhsuldarlığının yüksəldilməsinin böyük təsiri olub. Zavodlarımızda məhsuldarlığın artması üçün həyata keçirdiyimiz əlavə investisiyaların həcmi 131 milyon TL-yə çatıb.

Maliyyə dayanıqlılığını dəstəkləmək məqsədilə borc ödənişlərinə prioritet verərək, bu dövrdə həyata keçirdiyimiz 478 milyon TL məbləğində xalis maliyyə ödənişi ilə güclü maliyyə strukturumuzun olduğunu göstərdik. Bu yaxınlarda dünyanın ən nüfuzlu iqtisadi mətbuat orqanlarından olan “International Finance” jurnalının açıqladığı Beynəlxalq Maliyyə Mükafatlarında “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görülmüşük. Bu mühüm mükafatın ardınca açıqlanan birinci rüb nəticələrimizin də “Petkim” olaraq nümayiş etdirdiyimiz uğurlu fəaliyyətin bariz göstəricisi olduğunu düşünürük”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri