May
2021
18:08
64
13
1499
Virtual karabakh

Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb

7 May, 2021
18:08
1499

Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Startap üçün yeni imkanlar” mövzusunda vebinar keçirilib.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin və startapların iştirakı ilə təşkil olunmuş onlayn tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov, Agentliyin əməkdaşı Hümbət Abdullayev startaplar üçün mövcud dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılması, onun üstünlükləri, şəhadətnamə üçün müraciət qaydası və lazım olan sənədlər barədə məlumat verib.

Qeyd olunub ki, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi üçün KOB subyektlərindən müraciətlərin qəbulu davam edir. “Startap” şəhadətnaməsini almaq istəyən KOB subyektləri Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Tədbir çərçivəsində həmçinin, “Startap”lar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və KOBİA-ya tərəfindən təqdim edilən digər dəstək mexanizmləri, o cümlədən bu yaxınlarda nəticələri elan edilmiş ilk təhsil, elm, tədqiqat və dəstək layihələri müsabiqəsində iştirak və növbəti müsabiqəyə dair məlumatlandırılıb.

Onlayn tədbir çərçivəsində KOB subyektlərini və startapları maraqlandıran suallar da cavablandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri