May
2021
13:15
69
25
1867
Virtual karabakh

“Azəriqaz” bayram günlərində necə işləyəcək? - RƏSMİ

“Azəriqaz” İstehsalat Birliyi (İB) bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Oxu.Az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, İB bayram günlərində digər günlərlə müqayisədə daha operativ xidmət təklif etməyə çalışacaq:

“Belə ki, hər sahə üzrə müvafiq növbətçiliyin yaradılması və növbətçilikdə əlavə briqadaların saxlanılması nəzərdə tutulur. Məqsəd qeyri-iş günlərində vətəndaşlara lazım olan xidmətlərin göstərilməsi və problemlərin digər günlərlə müqayisədə daha operativ həll edilməsinə nail olmaqdır”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri