May
2021
17:12
26
232
4046
Virtual karabakh

Bakıda 1,2 milyardlıq inşaat işləri aparılıb: Ən çox hansı rayon abadlaşdırılıb? - FOTO

2021-ci ilin birinci rübündə Bakı şəhəri üzrə əsas kapitala yönəldilən vəsaitlərin 1 milyard 446,8 milyon manatı və ya 73,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Oxu.Az-ın Bakı Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, tikinti müəssisələri tərəfindən 1 milyard 237,1 milyon manat dəyərində inşaat işləri yerinə yetirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azdır.

Bakıda tikinti müəssisələri tərəfindən həyata keçirilən inşaat işlərinin dəyərinə görə paytaxtın Nəsimi rayonu xüsusilə seçilir. Rayon üzrə 323,5 milyon manatlıq inşaat işləri həyata keçirilib. Eləcə də, Səbail rayonunda 226 milyon manat, Xətai rayonunda isə 138,6 milyon manat dəyərində inşaat işləri aparılıb. 

Yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 65,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,1 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 21,6 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 89,4 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri