May
2021
17:48
299
43
4825
Virtual karabakh

Nazir yeni salınan sitrus bağları ilə tanış olub - FOTO

8 May, 2021
17:48
4825

Nazir yeni salınan sitrus bağları ilə tanış olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd Təsərrüfatı naziri İnam Kərimov Lənkəranda salınan yeni sitrus bağları ilə tanış olub, çay və çiyələk plantasiyalarına, kümxanalara, aqroekoturizm obyektlərinə baş çəkib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, səfər çərçivəsində nümayəndə heyəti “Yaşılçay” MMC-nin yeddi hektar sahədə salınmış çay plantasiyasında məhsul yığımı ilə tanış olub, kümxanalarda ipəkqurdu toxumlarına qulluq prosesini izləyib, İstisu qəsəbəsində yeni fəaliyyətə başlayan aqroekoturizm kompleksinə baş çəkib.

Bildirilib ki, İstisu qəsəbəsinin aqroekoturizm imkanları böyükdür. Qəsəbədə 15 hektar sahədə salınan feyxoa, kivi, portağal, naringi bağları həm sitrus meyvəçiliyinin, həm də aqroekoturizm inkişafında mühüm yer tutur. Həmçinin, Lənkəran bölgəsində çiyələk istehsalına da maraq artmaqdadır. Son iki il ərzində Lənkəranda 100 hektardan artıq ərazidə çiyələk plantasiyası salınıb. 

Qeyd edilib ki, birdəfəlik əkin subsidiyasının verilməsi sitrus bağlarının salınmasına marağı artırıb. Bu ildən salınacaq limon, portağal, naringi, nar, fındıq və zeytun bağlarına görə fermerlərə yüksək əmsallı əkin subsidiyası ilə yanaşı, birdəfəlik əkin subsidiyası ödəniləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri