12 
May
2021
17:15
283
26
14227
Virtual karabakh

“Türkmənqaz”: “Dostluq” yatağının istismarı Avropaya qaz ixracına imkan verəcək

12 May, 2021
17:15
14227

“Türkmənqaz”: “Dostluq” yatağının istismarı Avropaya qaz ixracına imkan verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizindəki “Dostluq” yatağının Türkmənistan və Azərbaycan tərəfindən birgə istismarı təbii qazın qərb istiqamətində ixracına imkan verəcək.

“Report” xəbər verir ki, bunu “Türkmənqaz” dövlət konserninin sədr müavini Quvanç Aqacanov Türkmənistanın neft və qaz sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə beynəlxalq forumun plenar iclası zamanı deyib.

Qazın Türkmənistandan Avropa ölkələrinə ixracı Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi halında mümkün olacaq. Transxəzər qaz kəməri öz növbəsində Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropa İttifaqı ölkələri ilə əlaqələndirən “Cənub Qaz Dəhlizi”nə qoşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri