13 
May
2021
16:24
380
15
3836
Virtual karabakh

Şəhid atasına “Azəriqaz”da məsul vəzifə təklif olunub - FOTO

13 May, 2021
16:24
3836

Şəhid atasına “Azəriqaz”da məsul vəzifə təklif olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən şəhid ailələri ziyarət olunub.

Qurumdan Oxu.Az-a verilən məlumata əsasən, Birliyin baş direktoru Ruslan Əliyev Ramazan bayramında Vətən müharibəsi şəhidi Osman Manafovun ailəsini ziyarət edib.

Şəhid Osman Manafovun atası Natiq Manafov onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb. Qeyd edək ki, şəhidin atası Natiq Manafov uzun illərdir ki, Birliyin Təmir-Tikinti idarəsində çalışır.

Birliyin baş direktorunun müavini Ceyhun Şıxəliyev və Həmkarlar İttifaqı komitəsinin sədri Ədalət Qurbanov isə şəhid Zaur Mədətovun ailəsini ziyarət edib. Şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib.

Şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub. O, Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatılıb. Qeyd edilib ki, Raufun bacısı Banu İbadova artıq Birlikdə işlə təmin edilib, atası Məhərrəm İbadova isə məsul vəzifələrdən biri təklif olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri