16 
May
2021
16:48
235
42
3726
Virtual karabakh

SOCAR Belarusa xam neft göndərməyəcək

16 May, 2021
16:48
3726

SOCAR Belarusa xam neft göndərməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

May ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusun “Belneftexim” konserninə neft göndərməyəcək.

Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, səbəb isə bu ay üçün Belarus tərəfindən xam neftin göndərilməsi ilə bağlı müraciətin olmamasıdır.

İbrahim Əhmədov əlavə edib ki, aprel ayında da Belarusa xam neft göndərilməyib:

“Bizim Belarusla neft təchizatı ilə bağlı əməkdaşlığımız davam edir. Bununla yanaşı, biz beynəlxalq sanksiyaları pozmuruq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri