16 
May
2021
17:48
67
240
2340
Virtual karabakh

Kanada mətbuatında Azərbaycanın Qarabağ bölgəsindəki biznes imkanlarından bəhs edilib

16 May, 2021
17:48
2340

Kanada mətbuatında Azərbaycanın Qarabağ bölgəsindəki biznes imkanlarından bəhs edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın https://www.thej.ca yəhudi xəbər saytında “İsrail şirkətləri üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində potensial” sərlövhəli məqalə dərc olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, siyasi şərhçi Reyçel Avraamın qələmə aldığı məqalədə bildirilib ki, işğaldan azad olunmuş torpaqlarının bərpasında Azərbaycana kömək etmək istiqamətində İsrail üçün unikal imkan yaranıb. Erməni işğalı dönəmində Azərbaycanın Qarabağ bölgəsinin və ona bitişik rayonların böyük dağıntılara və ekoloji fəlakətə məruz qaldığı, ölkəmizin Vətən müharibəsində qələbəsindən sonra vəziyyətin dəyişməyə başladığı, rəsmi Bakının bu ərazilərdə “ağıllı şəhər və kəndlər” layihəsini reallaşdırmaq istədiyi barədə ətraflı məlumat verilib.

Məqalədə İsrailin xarici İşlər naziri Qabi Aşkenazinin və Bakıdakı yəhudi məktəbinin direktoru ravvin Zamir İsayevin fikirlərinə də yer verilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2021/05/05/potential-for-israeli-companies-in-azerbaijans-nagorno-karabakh-region/

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri