17 
May
2021
10:42
21
109
3034
Virtual karabakh

SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının satışa çıxarılacağı vaxt AÇIQLANDI

Azərbaycanın beynəlxalq miqyaslı enerji şirkəti SOCAR tərəfindən daxili bazar üçün bu ilin 20 sentyabr tarixində yeni istiqrazlar buraxılacaq.

“SOCAR Capital”dan Oxu.Az-a verilən məlumatda bildirilir ki, 2016-cı ildə 100 milyon dollarlıq həcmdə emissiya olunan ilk istiqrazlara tələbat iki dəfədən artıq olub və hazırda təkrar bazar əməliyyatlarının həcmi rekord göstərici olan 200 milyon dollar təşkil etməkdədir.

İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda 25 milyon dollar gəlir əldə etmiş olacaqlar.

Yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4,5 faizdir və faizlərin ödənişi rüblük qrafik əsasında həyata keçiriləcək.

SOCAR İstiqrazlarına abunə yazılışı bu ilin 20 sentyabr tarixindən başlayacaq və 10 gün müddətində davam edəcək. İstiqrazlara abunə yazılışında həm vətəndaşlarımız, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər iştirak edə biləcəklər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcəkdir (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər).

SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri