18 
May
2021
10:00
249
20
15364
Virtual karabakh

Azərbaycana gətirilən hibrid avtomobillərin sayında KƏSKİN ARTIM

18 May, 2021
10:00
15364

Azərbaycana gətirilən hibrid avtomobillərin sayında KƏSKİN ARTIM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan elektrik mühərriklə də hərəkətə gətirilən 2 805 ədəd avtomobil idxal edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, onların ümumi idxal dəyəri 16 milyon 503,5 min dollar olub.

İdxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 151 ədəd və ya 69,6 faiz çoxdur.

Təkcə aprel ayında 974 ədəd bu tipdə avtomobil idxal edilib və onların ümumi dəyəri 6 milyon 218 min dollar olub. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə bu avtomobillərin alışını 886 ədəd və ya 11,1 dəfə artırıb.

Eləcə də, yanvar-aprel ayları ərzində yalnız elektrik mühərriklə hərəkətə gətirilən 24 ədəd avtomobil idxal edilib və onların ümumi idxal dəyəri 947,8 min dollar olub. Təkcə aprel ayında isə ölkəmizə yeddi ədəd elektrik mühərrikli maşın idxal edilib.

Qeyd edək ki, dörd ay ərzində idxal olunan elektrik mühərriklə də hərəkətə gətirilə bilən və yalnız elektrik mühərrikli avtomobillər ümumi idxal edilən avtomobillərin 11,8 faizini təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri