18 
May
2021
11:30
43
89
7025
Virtual karabakh

Azərbaycan ötən ay xaricə daha az çay satıb

18 May, 2021
11:30
7025

Azərbaycan ötən ay xaricə daha az çay satıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan xaricə 389,5 ton çay ixrac edilib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumi idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azalıb.

İxrac edilən məhsulun dəyəri isə 2 milyon 967,6 min dollar olub və əldə edilən gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 316,1 min dollar və ya 9,6 faiz azalıb.

Təkcə aprel ayında Azərbaycandan xaricə 123,8 ton çay ixrac edilib və bu məhsulun ixracından 947,8 min dollar gəlir əldə olunub. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə çay ixracını 26,4 faiz azaldıb. Bir ay ərzində əldə edilən gəlir isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri