18 
May
2021
13:06
159
19
2420
Virtual karabakh

Azərbaycan qazının Avropaya çıxışını təmin edən layihə ilə bağlı vacib AÇIQLAMA

18 May, 2021
13:06
2420

Azərbaycan qazının Avropaya çıxışını təmin edən layihə ilə bağlı vacib AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan qazının Avropaya çıxışını təmin edən Trans Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı bazar testlərinin ilkin - məlumatlandırma mərhələsinə start verilib.

Oxu.Az-ın məlumatına görə, TAP-ın İcraçı direktoru Luka Skyeppati bildirib ki, ilin əvvəlindən bu günə qədər TAP vasitəsilə iki milyard kubmetrdən çox qaz nəqli baş tutub.

Onun sözlərinə görə, TAP-ın genişləndirilməsi prosesi potensial tələb və təkliflərə əsasən bir neçə mərhələdə həyata keçirilə bilər. 

TAP-ın ticarət üzrə koordinatoru Mariya Savova isə əlavə edib ki, boru xəttinin genişləndirilməsi üçün üç mümkün ssenari planlaşdırılır.

Belə ki, TAP-ın mərhələli şəkildə ildə 14,4 milyard kubmetrə qədər məhdud, 17,1 milyard kubmetrə qədər qismən və 20 milyard kubmetrə qədər isə tamamilə genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirməsi nəzərdə tutulub. Cari ilin iyul ayında TAP-ın nəqletmə potensialının artırılması ilə bağlı bazar testləri həyata keçirildikdən sonra təkliflər dəyərləndiriləcək və bununla da oktyabr ayında kəmərin tutumunun artırılması və ya sabit saxlanılması ilə bağlı nəticə əldə ediləcək.

Qeyd edək ki, TAP-da SOCAR-la yanaşı, BP 20 faiz, “Snam S.p.A” 20 faiz, “Fluxys” 19 faiz, “Enagas” 16 faiz və “Axpo” 5 faiz paya sahibdirlər.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri