18 
May
2021
14:18
31
206
5672
Virtual karabakh

Azərbaycan dondurmanı hansı ölkələrdən alır?

18 May, 2021
14:18
5672

Azərbaycan dondurmanı hansı ölkələrdən alır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan yanvar-mart ayları ərzində dünyanın iki ölkəsinə dondurma ixrac edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində 112,8 min dollar dəyərində dondurma ixracı baş tutub. 

Ümumilikdə ölkəmizdən 39,5 ton çəkidə dondurma ixrac edilib ki, onun da 8,8 tonu (25,9 min dollar dəyərində) Fələstinə, 30,7 tonu isə (86,9 min dollar dəyərində) Afrika qitəsinin Fil Dişi Sahili Respublikasına (Kot Divuar) ixrac edilib.

Azərbaycan bu dövr ərzində dondurma və digər yeyinti buz növlərini Türkiyə, Belarus, Almaniya və Lüksemburqdan idxal edib.

Belə ki, Türkiyədən 33,2 ton çəkidə (182,2 min dollar dəyərində), Belarusdan 10,1 ton çəkidə (33,4 min dollar dəyərində), Almaniyadan 1,4 ton çəkidə (14,3 min dollar dəyərində) və Lüksemburqdan 170 kiloqram çəkidə (2,9 min dollar dəyərində) dondurma və digər yeyinti buz növləri idxal edilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri