31 
May
2021
15:42
345
8
7410
Virtual karabakh

Bir sıra qoruqlarda uşaqlara giriş pulsuz olacaq - FOTO

31 May, 2021
15:42
7410

Bir sıra qoruqlarda uşaqlara giriş pulsuz olacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda uşaqlar gününə həsr olunmuş tədbirlər təşkil olunacaq.

Dövlət Turizm Agentliyindən Oxu.Az-a verilən məlumata əsasən, qoruqda gün ərzində uşaqlar üçün interaktiv və əyləncəli oyunlar, Kromlex daş sərgisi və muzeylə tanışlıq, məktəblilərdən ibarət musiqi və rəqs qruplarının çıxışı nəzərdə tutulub.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Tarix-Diyarşünaslıq Muzeyində də azyaşlı ziyarətçilər üçün əyləncəli tədbirlər təşkil olunacaq.

“Kiş” Tarix-Memarlıq Qoruğunda yerli sənətkarların, eləcə də uşaqların taxta üzərində oyma və tikmə işlərindən ibarət əl işləri nümayiş etdiriləcək.

Qeyd edilib ki, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu və Şəki Tarix-Diyarşünaslıq Muzeyinə 18 yaşadək uşaqların girişi ödənişsizdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri