İyn
2021
15:15
191
53
7693
Virtual karabakh

Bakıdan Moskvaya xüsusi reyslərin sayı artırılır

1 İyn, 2021
15:15
7693

Bakıdan Moskvaya xüsusi reyslərin sayı artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdan Moskvaya (“Domodedovo” hava limanı) və əks istiqamətdə xüsusi reyslərin sayı artırılır.

“Azərbaycan Hava Yolları” QSC-dən Oxu.Az-a verilən məlumata əsasən, hər həftə həyata keçirilən iki reysə (çərşənbə və bazar günləri) 14 iyundan etibarən bazar ertəsi günləri həyata keçiriləcək daha bir reys əlavə olunacaq.

Qeyd olunan reyslərə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.

Bakı-Moskva istiqaməti üzrə reyslərin sərnişinləri:

- Rusiya ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Rusiya Federasiyası ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında keçid vasitəsilə tanış ola bilərsiniz.

- Koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib.

Moskva-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı ilə keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

- Koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Rusiya klinikalarının siyahısı ilə keçid vasitəsilə tanış ola bilərsiniz. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahıya əlavələr ediləcək.

Sərnişinlər COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Qeyd edilib ki, daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan kateqoriyadan sərnişinlər qəbul ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri