31 
Okt
2014
16:00
77
17
6234
Virtual karabakh

Bakı metrosunun yeni vaqonları – bizi nə gözləyir? – FOTO

Kondisioner sisteminin quraşdırılacağı dəqiqləşdi.

“Bakı Metropoliteni” QSC-nin rəhbəri Zaur Hüseynov mətbuata verdiyi açıqlamada Bakı metrosunda istifadəsi planlaşdırılan yeni metro vaqonlarının növünü açıqlayıb.

Oxu.Az xəbər verir ki, Z.Hüseynovun sözlərinə görə, yeni Bənövşəyi xətdə “Avtovağzal-Memar Əcəmi-2” stansiyaları arasında 5 vaqondan ibarət 3 qatarın məkik hərəkət qrafiki üzrə hərəkətin təşkili nəzərdə tutulur.

“Bunun üçün “Alstom” və Rusiya Federasiyasının müştərək istehsal etdiyi 81-760/761A tipli vaqonların alınması nəzərdə tutulub. Yeni xətlərdə istismar olunacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verəcəkdir”.

Bəs yeni tipli vaqonların hansı üstünlükləri olacaq və əvvəlki vaqonlardan nə ilə fərqlənəcək?

Bu istiqamətdə apardığımız araşdırma bəzi suallara cavab tapmaqda kömək oldu.

Məlumata görə, yeni 81-760/761A tipli vaqonlar bundan əvvəl Rusiyanın “Transmaşholdinq” QSC (Fransanın “Alstom” şirkəti “Transmaşholdinq” QSC-nin səhmdarıdır – red.) şirkətindən alınaraq, Bakı metrosunda sınaqdan keçirilən 81-760/761 vaqonları ilə oxşardır.

Lakin məlum olduğu kimi, həmin vaqonlar müəyyən texniki göstəricilərinə görə Bakı metrosuna uyğun gəlməmişdi və bundan sonra, sifarişçi, yəni “Bakı metropoliteni” QSC həmin vaqonların Azərbaycan üçün variantının hazırlanmasını təklif edib.

SKB “Metro”nun baş mühəndisi Aleksey Kolesinin əvvəllər bildirdiyinə görə, “bakılılar öz tələblərini irəli sürüblər”:

“Həmin tələblər kifayət qədər spesifikdir, o cümlədən də qoşqulu vaqonlar və qatarın vaqonları arasında birbaşa keçidlərin olmasını nəzərdə tutur”.

Yeni vaqonlar 81-760/761 seriyalı qatarların modifikasiyasıdır. Onların əsas fərqi vaqonlararası keçidlərdir. Həmin keçidlər bir vaqondan digərinə keçməyə imkan verir. Bundan başqa, qoşqulu motorsuz vaqonlar da tətbiq edilib ki, bu da ümumilikdə qatarın çəkisini azaldır, onu daha qənaətli və enerji sərfiyyatı baxımından effektli edir.

Digər yeniliklər ilk baxışdan görünmür. Yeni vaqonlarda havanı zərərsizləşdirən sistem quraşdırılıb. Bu sistem sərnişinlər arasında virus infeksiyalarının yayılmasına mane olur. Bundan başqa, yeni kondisioner, istimə və videomüşahidə sistemi mövcuddur. Bundan başqa, qatarlarda əlil arabası və uşaq arabaları üçün yer də olacaq.

Vaqonun salonu bütün növ çirklənməyə davamlı xüsusi örtüklə örtülüb və indi bu vaqonların divarlarına yazı yazmaq, elan yapışdırmaq mümkün olmayacaq. Qəza baş verdiyi halda vaqonlarda təxliyyə qapıları açılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri