İyn
2021
13:48
267
16
2348
Virtual karabakh

Dünya Bankı Azərbaycanla bağlı gözləntilərini artırdı - FOTO

9 İyn, 2021
13:48
2348

Dünya Bankı Azərbaycanla bağlı gözləntilərini artırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Bankı 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 2,8 faiz böyüyəcəyi barədə proqnoz verib.

Oxu.Az-ın məlumatına görə, bu Dünya Bankının “Global Economic Prospects” hesabatının iyun sayında öz əksini tapıb.

Hesabatın yanvar sayında təqdim edilən proqnoz ilə müqayisədə göstərici 0,9 faiz bənd artırılıb. 2022-ci ildə isə ölkədə 3,9 faiz iqtisadi artımın olacağı proqnozlaşdırılıb. Bu isə yanvar ayının göstəriciləri ilə müqayisədə 0,6 faiz bənd azdır.

Bankın hesabatına görə, ölkəmizdə 2023-cü ildə 3,4 faiz iqtisadi artımın olması gözlənilir.

Avropa və Mərkəzi Asiya ölkələri üzrə aparılan dəyərləndirmələrə əsasən Cənubi Qafqaz ölkələrində 2021-ci ildə iqtisadiyyatda müsbət tendensiya qeydə alınaraq 3,6 faiz artım müşahidə olunacaq. 2022-ci ildə isə region üzrə 4,2 faizə qədər iqtisadi artım proqnozlaşdırılıb.

Qeyd edilib ki, Azərbaycanda iqtisadi böyümənin neft qiymətlərinin sabitləşməsi ilə yanaşı investisiya və yenidənqurma xərcləri ilə dəstəklənməsi gözlənilir. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri