10 
İyn
2021
13:48
9
244
2001
Virtual karabakh

İstehlak bazarındakı qiymətlərdə artım var - FOTO

10 İyn, 2021
13:48
2001

İstehlak bazarındakı qiymətlərdə artım var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq dövrünə nisbətən 104,2 faiz təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkədə istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artıb.

İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4 faiz təşkil edib.

Cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin may ayına nisbətən 104,9 faiz olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri