11 
İyn
2021
16:51
261
47
2593
Virtual karabakh

Azərbaycan və Rusiya arasında alma və pomidor tədarükü ilə bağlı RAZILIQ

11 İyn, 2021
16:51
2593

Azərbaycan və Rusiya arasında alma və pomidor tədarükü ilə bağlı RAZILIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 iyundan etibarən Azərbaycan Respublikasındakı müəssisələrdən dəmir yolu ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verilir.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) saytında qeyd edilir.

“10-11 iyun tarixlərində “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən, “Rosselxoznadzor” iyunun 15-dən etibarən, siyahıları Azərbaycan tərəfindən verilən istehsal müəssisələrinə dəmir yolu ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verilməsini mümkün hesab edir (31 pomidor istehsalçısı və 24 alma istehsal edən şirkətlər)”.

Malların daşınması fitosanitar sertifikatlarla müşayiət olunan tam izlənmə ilə həyata keçiriləcək. Hər bir vaqonda bir istehsalçıya məxsus yalnız bir növ məhsulun daşınmasına icazə verilir.

“1 oktyabr 2021-ci ildən etibarən Azərbaycandan Rusiyaya konteynerlə alma və pomidor daşınmasına keçid nəzərdə tutulur”, - deyə bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri