12 
İyn
2021
10:26
335
42
3159
Virtual karabakh

Azərbaycan nefti bir qədər də bahalaşıb

Azərbaycan neftinin qiyməti bir qədər də artıb.

“Azeri Light” markalı neftin bir bareli 0,45 ABŞ dolları və ya 0,61 faiz bahalaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 73,98 ABŞ dollarını təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri