12 
İyn
2021
15:28
223
14
30657
Virtual karabakh

Qarabağa investisiya layihələrinin üzərində iş gedir

“Azərbaycan hökuməti prioritet olaraq işğaldan azad edilmiş Qarabağ regionun inkişafına köklənib”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov V illik Transxəzər Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, rəhbərlik etdiyi Agentlik də həmçinin xarici investorların da iştirak edə biləcəyi müvafiq layihələr üzərində işləyir:

“Biz bu layihələrin icrası ilə bağlı bütün zəruri koordinasiyanı və lazımi dəstəyi təmin etməyə hazırıq”.

Qeyd edək ki, 9-10 iyun tarixlərində baş tutan V İllik Transxəzər Forumu Xəzər Siyasət Mərkəzi, ABŞ Dövlət Departamenti, Ağ Ev, USAID, BP, həmçinin yerli və regional ekspertləri bir araya gətirib.

Forum Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan səfirlikləri tərəfindən müştərək təşkil olunur.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri