14 
İyn
2021
13:12
254
12
3574
Virtual karabakh

Potidən Daşkəndə ilk konteyner qatarı yola düşdü: Azərbaycandan keçəcək

14 İyn, 2021
13:12
3574

Potidən Daşkəndə ilk konteyner qatarı yola düşdü: Azərbaycandan keçəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk dəfə olaraq Gürcüstanın Poti limanından Özbəkistanın paytaxtı Daşkəndə konteyner blok qatarı yola salınıb.

“Azərbaycan Dəmir Yolları” QSC yanında “ADY Konteyner” MMC-dən Oxu.Az-a verilən məlumata əsasən, tranzitlə Azərbaycan ərazisindən keçəcək qatar 58 konteynerdən ibarətdir.

Qatarla Avropa İttifaqı ərazisində istehsal olunmuş alüminium tərkibli sənaye məhsulları Orta Asiyaya daşınır.

Konteynerlər Bakı limanına çatdıqdan sonra operatoru “ADY konteyner” şirkəti olan fider gəmisi vasitəsilə Türkmənbaşı limanına göndəriləcək. Daha sonra qatar Türkmənistan və Özbəkistan dəmir yolları vasitəsilə yoluna davam edəcək. 

Bu layihə üzrə ümumilikdə 200 ədəd konteyner daşınacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri