14 
İyn
2021
12:54
16
170
2482
Virtual karabakh

Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu

Bakıda zəncirvari qəza baş verib.

Bu barədə sosial şəbəkələrdə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məlumat paylaşıb.

Bildirilib ki, hadisə Səbail rayonu, Yeni Salyan şosesi 22 ünvanının (Jurnalistlərin binası) qarşısında qeydə alınıb.

Hadisə nəticəsində 3 avtomobilə ziyan dəyib:

“Jurnalistlər üçün inşa edilmiş binaların qarşısında növbəti qəza baş verib. Elə bir gün yoxdur ki, burada qəza baş verməsin, insanların sağlamlığına, nəqliyyat vasitələrinə ziyan dəyməsin.

Bütün qəzalar da eyni səbəbdən baş verir. Yaşayış məntəqəsi ərazisindən keçən və bir neçə piyada keçidinin olduğu yolda sürət həddinin saatda 80 kilometr olmasından... Heç bu sürət həddinə əməl edən də yoxdur. Digər tərəfdən, yolda geriyə dönməni qadağan edən nişan olmadığı üçün işıqfordan geriyə dönmə hərəkətinin yerinə yetirilməsi zamanı qəzalar baş verir və bu, bir neçə ildir ki, davam edir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri