15 
İyn
2021
15:42
23
420
2885
Virtual karabakh

Ölkədə siqaret istehsalı artıb - FOTO

15 İyn, 2021
15:42
2885

Ölkədə siqaret istehsalı artıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-may ayları ərzində ölkədə 222,4 milyon manat dəyərində tütün məmulatı istehsal edilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövr ərzində istehsal edilən tütün məmulatlarının həcmi 86,3 faiz azalıb.

Təkcə may ayı ərzində isə Azərbaycanda 51,6 milyon manat dəyərində tütün məhsulu istehsal edilib. Ötən ilə nisbətən fermentləşdirilmiş tütün məhsullarının istehsalı 80,8 faiz azalıb, papiros və siqaretlərin istehsal həcmi isə 2,4 dəfə artıb.

Eləcə də, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 1 milyon 571,2 min dollar dəyərində 666 ton tütün ixrac edilib. İxrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 59,9 faiz, ixrac dəyəri isə 61 faiz azalıb.

Qeyd edək ki, ölkədə yaz-tarla işləri davam etdirilir. 2021-ci ilin yanvar-may aylarında 2,9 min hektar sahədə tütün əkilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri