16 
İyn
2021
13:32
332
10
4965
Virtual karabakh

Şuşa Bəyannaməsində əlavə qarant rolunu oynayan faktor nədir? - ŞƏRH

16 İyn, 2021
13:32
4965

Şuşa Bəyannaməsində əlavə qarant rolunu oynayan faktor nədir? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır”.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı danışıb.

Onun sözlərinə görə, xüsusilə də bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir:

“Şuşa Bəyannaməsi ilə “BP”, “Signify” kimi qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır, Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır”.

Vüsal Qasımlı qeyd edib ki, Türkiyənin enerji təhlükəsizliyində mühüm rol alan SOCAR-ın TPAO ilə əməkdaşlığı iki qardaş ölkənin neft-kimya emalında irəliləməsi üçün imkan yaradır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri