16 
İyn
2021
15:16
114
23
2042
Virtual karabakh

Azərbaycanın ixracından gəlir əldə etdiyi məhsulların sayı artıb - SİYAHI

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan 206 milyon 170,8 min dollar dəyərində 213 911 ton çəkidə meyvə-tərəvəz ixrac edilib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 12,8 faiz azalıb.

Təkcə may ayında 93,9 min ton meyvə-tərəvəz ixracı baş tutub və bir ay ərzində bu ixracdan 74,6 milyon dollar gəlir əldə edilib. Azərbaycan ötən ilin may ayı ilə müqayisədə meyvə-tərəvəz ixracının həcmini 28,8 faiz azaldıb.

Ölkənin meyvə-tərəvəz ixracının əsasını təşkil edən məhsullar aşağıdakılardır:

Kartof - 50 min tona yaxın çəkidə, 21,4 milyon dollar dəyərində ixrac baş tutub. Kartof ixracına may ayından etibarən başlanılıb. Ötən ilin eyni dövründə isə ölkədən kartof ixracının həcmi qeydə alınmayıb.  

Tomat (pomidor) - 76 min ton çəkidə (ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisədə) 27,6 faiz az); İxracdan əldə edilən gəlir - 87 milyon dollar (illik müqayisədə 29,3 faiz az).

Meşə fındığı - 6,4 min ton çəkidə (illik müqayisədə 24,7 faiz az); İxracdan əldə edilən gəlir - 38,6 milyon dollar (illik müqayisədə 26,1 faiz az).

Alma - 24,1 min ton çəkidə (illik müqayisədə 15,3 faiz çox); İxracdan əldə edilən gəlir – 10,5 milyon dollar (illik müqayisədə 19,3 faiz çox).

Mövsümlə əlaqədar xurma məhsulunun ixracı baş tutmayıb. Məhsulun ixracı mart ayında yekunlaşıb.

Xurma - 42,3 min ton çəkidə; İxracdan əldə edilən gəlir - 31,9 milyon dollar. İxrac həcmi və ixrac dəyəri 2020-ci ilin ilk dörd ayı ilə müqayisədə 2,3 dəfə çox olub.

Nar - 1,91 min ton; İxracdan əldə edilən gəlir - 3 milyon dollara yaxın. May ayında ixrac cəmi 1 ton çəkidə (2 500 dollar dəyərində) artırılıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri