Mikayıl Cabbarov BMT və Azərbaycan arasındakı münasibətlərdən danışdı - FOTO
Mikayıl Cabbarov BMT və Azərbaycan arasındakı münasibətlərdən danışdı - FOTO
“2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Ölkə üzrə İdarə Heyəti (United Nations in Azerbaijan) ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”.
Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, sənədin icrası dayanıqlı sosial iqtisadi inkişafa, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə töhfə verəcək.
Eləcə də nazir BMT-nin (United Nations in Azerbaijan) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar ona BMT ilə ölkəmizin səmərəli əməkdaşlığına verdiyi töhfələr üçün təşəkkür edib və uğurlar arzulayıb.