16 
İyn
2021
18:26
22
162
3371
Virtual karabakh

İçki sexinə baxış keçirildi: İstehsalda kobud pozuntular aşkarlandı - FOTO

Abşeron rayonu, Masazır kəndində fəaliyyət göstərən fiziki şəxs Səfərov Cavanşir Zülfüqar oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-a verilən məlumata əsasən, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, sexdə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin işçi heyətin dövri tibbi müayinəsindən keçirilmədiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri