17 
İyn
2021
10:56
28
109
2604
Virtual karabakh

Azərbaycan qiymətli daş-qaş satışından nə qədər gəlir əldə edib?

Azərbaycan qiymətli zərgərlik xammallarının ixracını böyük həcmdə artırıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, həmin məhsulların idxal həcmində də əhəmiyyətli artım qeydə alınıb.

Belə ki, Azərbaycan yanvar-may ayları ərzində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, eləcə də, bijuteriya və sikkələrin ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon 297,5 min dollar və ya 35,6 faiz artırıb. Bununla da ixracdan ümumi 88 milyon 656,8 min dollar gəlir əldə edilib.

Müvafiq dövrdə mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələrin idxalına 8 milyon 677,3 min dollar vəsait sərf edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 768,4 min dollar və ya 76,8 faiz çoxdur.  

Qeyd edək ki, 2020-ci ilin yanvar-may aylarında həmin məhsulların ixracından 65 milyon 359,4 min dollar gəlir, idxalına isə 4 milyon 908,9 min dollar xərclənib.   

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri