17 
İyn
2021
12:08
521
74
6681
Virtual karabakh

AZAL-ın ilk qadın pilotları - VİDEO

“Azərbaycan Hava Yolları” aviaşirkəti ilk qadın pilotları haqqında videosüjet hazırlayıb.

Bu videoda AZAL-ın pilotu olmağı hədəfləyən cəsarətli və ürəkli xanımların hekayəsinin yalnız kiçik bir hissəsi göstərilib.

“Bu xanımlar uzun və çətin bir yol keçdilər: bu peşənin əsaslarını Azərbaycan Milli Aviasiya Akademiyasında öyrəndilər, bütün imtahanları əla qiymətlərlə verdilər və yekun praktik sınaqlardan uğurla keçdilər.

Bu gün bu gözəl qadınlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır.

Biz həmkarlarımızla fəxr edir və onlara hər zaman açıq səma və yumşaq enişlər arzu edirik!” - deyə AZAL-ın məlumatında bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri