17 
İyn
2021
13:44
274
23
2036
Virtual karabakh

SOCAR Qara dənizdəki yeni qaz yataqlarını işlətməyə hazırdır

SOCAR Türkiyənin Qara dənizdə yeni kəşf edilən yeni qaz ehtiyatlarının işlənməsində əməkdaşlığa maraqlıdır.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə Enerji” və “Petkim Holdinq”in İdarə Heyətinin sədr müavini Vaqif Əliyev deyib.

Şirkət rəsmisi bunun SOCAR-ın peşəkar maraqları dairəsində olduğunu bildirib və yeni qaz yatağının strateji əhəmiyyətindən danışıb.

Ümumi qaz ehtiyatları 540 milyard kubmetr həcmində müəyyən edən yatağın Qara dənizin xüsusiyyətləri baxımından, onun dərinliyi və dalğaların miqyası cəhətdən klassik bir platforma ilə deyil, daha çox insan əməyinin birbaşa tətbiq edilmədiyi yeni texnologiyalar vasitəsilə işlənə biləcəyini qeyd edib.

“Nəzəri cəhətdən “Türk Petrolleri” (TPAO) şirkəti ilə yataqların işlənməsi və hasilat prosesində əməkdaşlıq etmək mümkün ola bilər. TPAO ilə 1994-cü ildən bu günə qədər müxtəlif layihələrdə əməkdaşlıq etmişik. Əldə etdiyimiz təcrübələri üçüncü ölkələrdə də tətbiq edə bilərik”, - deyə Vaqif Əliyev əlavə edib.

SOCAR rəsmisi vurğulayıb ki, bu imkanları ilkin olaraq coğrafi cəhətdən uzaq regionlarda deyil, enerji ehtiyatları ilə zəngin daha yaxın bölgələrdə qiymətləndirmək olar:

“Prezidentlərin bu mövzuda ortaq mövqeyi bizim üçün bir təlimatdır”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri