17 
İyn
2021
14:36
156
26
3153
Virtual karabakh

SOCAR-ın Türkiyədəki yeni layihəsinin taleyini həll edəcək qərarın tarixi AÇIQLANDI

17 İyn, 2021
14:36
3153

SOCAR-ın Türkiyədəki yeni layihəsinin taleyini həll edəcək qərarın tarixi AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyənin İzmir şəhərində BP şirkəti (British Petrol) ilə birgə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya layihəsi olan “Mercury” ilə bağlı qərar 2022-ci ildə veriləcək.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə Enerji” və “Petkim Holdinq”in İdarə Heyətinin sədr müavini Vaqif Əliyev deyib.

SOCAR rəsmisi bildirib ki, layihə ilə əlaqədar BP şirkəti ilə aparılan danışıqlar davam etdirilir. V. Əliyev BP şirkətinin hazırda neft-kimya sənayesi bazarından çıxdığını da diqqətə çatdırıb:

“Hazırda BP şirkətinin neft-kimya zavodlarını və bütün təsislərini alan INEOS və digər investorlarla görüşlər həyata keçirilir. Türkiyədəki ikinci neft-kimya layihəmiz olan “Mercury”nin uzunmüddətli olaraq təxirə salınmasına qarşıyıq. Bu sərmayə reallaşdırılmalıdır. Layihəni neft-kimya sənayesində təcrübəsi olan bir şirkətlə və ya maliyyə tərəfdaşı ilə birgə həyata keçirə bilərik. Son dövrdə ikinci variantı, yəni maliyyə tərəfdaşı ilə birgə əməkdaşlığı daha çox düşünürük”.

Qeyd edək ki, BP 2020-ci ilin iyun ayında neft-kimya biznesini 5 milyard dollara iqamətgahı Londonda yerləşən İngiltərənin neft-kimya şirkəti INEOS-a satıb. Bu, SOCAR-ın BP şirkəti ilə birgə ərsəyə gətirməyi planlaşdırdğı yeni neft-kimya kompleksi (“Mercury” layihəsi) ilə bağlı işlərin səngiməsinə səbəb olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri