18 
İyn
2021
11:36
165
27
4573
Virtual karabakh

Bakıda həftəsonu yarmarkaları keçiriləcək - FOTO

18 İyn, 2021
11:36
4573

Bakıda həftəsonu yarmarkaları keçiriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19-20 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda təşkil olunacaq. 

Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında 40-a yaxın regiondan 100-dən artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək. 

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri