18 
İyn
2021
18:04
380
29
3031
Virtual karabakh

Azərbaycan qazının Ukraynaya nəqli mümkündür

18 İyn, 2021
18:04
3031

Azərbaycan qazının Ukraynaya nəqli mümkündür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan qazı Ukraynaya qaz tədarükünün yeni potensial mənbəyi kimi qiymətləndirilib.

Oxu.Az-n məlumatına görə, bu barədə Ukraynanın Qaz Nəqliyyatı Sistemi Operatorunun şöbə müdiri Andrey Prokof danışıb.

O bildirib ki, Ukraynanın illik qaz istehlakı təxminən 30 milyard kubmetrdir və onun 20 milyard kubmetri daxili istehsal hesabına qarşılanır, buna görə də qaza olan təlabatın təxminən 10 milyard kubmetri idxal edilir:

“Ukrayna bir neçə ildir ki, Avropa Birliyindən qaz idxal edir, lakin enerji təhlükəsizliyini gücləndirmək üçün qaz mənbələrinin şaxələndirilməsində maraqlıyıq. Azərbaycan Ukraynaya qaz tədarükünün yeni mənbələrindən biri ola bilər.

Ukrayna ilə Azərbaycanın neft və qaz şirkətləri arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirir və onun inkişafına maraq göstəririk. Vacib olan Azərbaycan tərəfinin Ukraynaya qaz tədarükü imkanlarını inkişaf etdirməkdə marağının olmasıdır”.

Andrey Prokof qeyd edib ki, bu gün təbii qazın Azərbaycan Respublikasından Ukraynaya nəqli Türkiyə ərazisindən keçməklə Trans-Balkan boru kəməri ilə mümkündür:

“Ukraynanın Qaz Nəqliyyatı Sistemi Operatoru Trans-Balkan marşrutu boyunca idxal imkanlarını artırmaq üçün Rumıniya və Moldovadan olan tərəfdaşları ilə işləri davam etdirir. Bu da Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıq üçün daha yaxşı şərtlər yaradacaq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri