21 
İyn
2021
11:20
179
10
2338
Virtual karabakh

“Şimal-1” Elektrik Stansiyası təmir edildi: 20 meqavat “itirilmiş” güc bərpa olunub - FOTO/VİDEO

21 İyn, 2021
11:20
2338

“Şimal-1” Elektrik Stansiyası təmir edildi: 20 meqavat “itirilmiş” güc bərpa olunub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 il əvvəl istismara verilən Bakının Şüvəlan qəsəbəsində yerləşən 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının qaz turbininin rotoru dəyişdirilməklə əsaslı təmir edilib.

“Azərenerji” ASC-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, 100 ton çəkisi olan rotor dəyişdirildikdən sonra köhnə rotor modifikasiya üçün təmirə göndəriləcək.

Bundan başqa, stansiyanın sahil nasosxanasındakı nasosların və fırlanan torların dəyişdirilməsi, qazanların daxili izolyasiya örtüyünün yenilənməsi və digər işlər həyata keçirilib.

Əsaslı təmir zamanı sistemin stabilliyi funksiyalı yeni nəsil ikikanallı təsirlənmə qurğusu ilə əvəzlənib. Əgər bundan sonra bir kanal sıradan çıxarsa, avtomatik ikinci kanal işə düşəcək. Görülmüş işlər nəticəsində “Şimal-1” Elektrik Stansiyasında 20 meqavat “itirilmiş” güc bərpa edilib.

“Azərenerji” ASC “Şimal-1” Elektrik Stansiyasından sonra “Şimal-2” Elektrik Stansiyasının işləmə saatına uyğun olaraq yanma kameralarının da təftiş işini aparılıb. Beləliklə, ümumi qoyuluş gücü 800 meqavat olan “Şimal” Elektrik Stansiyası optimal vəziyyətə gətirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri