22 
İyn
2021
11:48
186
24
1644
Virtual karabakh

Sara Maykl: “Azərbaycan iqtisadiyyatı 2022-ci ildə pandemiyadan əvvəlki vəziyyətə qayıdacaq”

22 İyn, 2021
11:48
1644

Sara Maykl: “Azərbaycan iqtisadiyyatı 2022-ci ildə pandemiyadan əvvəlki vəziyyətə qayıdacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan iqtisadiyyatı 2022-ci ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər”.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Bakı Bürosunun rəhbəri Sara Maykl bildirib.

“DB-nin mütəxəssisləri iqtisadiyyatın tədricən bərpa olunacağını proqnozlaşdırırlar. Hazırkı proqnozlara görə, bu il ÜDM-in artım templərinin 3 %, 2022-ci ildə isə 4 % olacağı gözlənilir. Lakin ölkədə vaksinləmənin yüksək templəri, həmçinin işğal edilmiş ərazilərin bərpası ilə bağlı dövlət xərclərinin və investisiyalarının artım templəri ilə əlaqədar olaraq, faktiki artım templəri bizim proqnozlarımızı üstələyə bilər”, - S.Maykl bildirib.

Onun fikrincə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, xüsusən də bu rayonların ölkə iqtisadiyyatına reinteqrasiyası iqtisadi artım templərinin bərpasına və yüksəlməsinə öz töhfəsini verəcək.

“Bu özünü regionun potensialında da göstərəcək, belə ki, kommunikasiyaların, nəqliyyat marşrutlarının açılması və ümumilikdə, blokadanın aradan qaldırılması ilə regional inkişafa ciddi təkan veriləcək. Məsələn, Azərbaycanın Türkiyə və digər ölkələrlə birbaşa nəqliyyat əlaqəsi Azərbaycanın logistika mərkəzinə çevrilmək perspektivlərini əhəmiyyətli dərəcədə artıracaq”, - deyə nümayəndəlik rəhbəri bildirib. 

Qeyd edək ki, Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in 3,4 %, 2022-ci ildə isə 4,8 % artacağını proqnozlaşdırır. COVID-19 məhdudiyyətləri və OPEC+ razılaşmaları çərçivəsində neft hasilatının azalması səbəbindən 2020-ci ildə Azərbaycanda ÜDM 4,3 % azalıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri