22 
İyn
2021
17:26
59
210
13179
Virtual karabakh

“Palatka” toylarının keçirilməsinə icazə veriləcək? - AÇIQLAMA

22 İyn, 2021
17:26
13179

“Palatka” toylarının keçirilməsinə icazə veriləcək? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sistemdə yalnız Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş ictimai iaşə obyektlərin icazə alması nəzərdə tutulub”.

Bu barədə Oxu.Az-a Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı məlumat verib.

Toy mərasimini hər hansı bir ictimai iaşə obyektində deyil, həyətyanı ərazidə etmək istəyən şəxslərin icazələri necə əldə edə biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirən EHİM rəsmisi bildirib ki, bununla əlaqədar suallar aidiyyəti qurumlar tərəfindən cavablandırılmalıdır:

“İcazə üçün sistemdən, yəni “icaze.e-gov.az” portalından Dövlət Vergi Xidmətində qeydiyyatı olan ictimai iaşə obyektləri istifadə edə biləcək. Sistemdə yalnız həmin müəssisələrin icazələrinin alınması və tədbirləri keçirilməsi nəzərdə tutulub. Digər formada həyata keçiriləcək tədbirlərlə bağlı sualları aidiyyəti qurumlar cavablaya bilərlər”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri