22 
İyn
2021
23:32
10
100
2442
Virtual karabakh

AŞPA üzv ölkələrə pandemiya böhranı ilə bağlı xəbərdarlıq edib

22 İyn, 2021
23:32
2442

AŞPA üzv ölkələrə pandemiya böhranı ilə bağlı xəbərdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “COVID-19 pandemiyası səbəbindən baş verən sosial-iqtisadi böhrandan çıxış” adlı qətnamə qəbul edib.

“Report” xəbər verir ki, sənəddə pandemiya səbəbindən dövlətlərin üzərinə düşən vəzifənin iki dəfə artdığı barədə xəbərdarlıq edilib.

Qətnamədə həmçinin bildirilib ki, ölkələr bir tərəfdən tibbi böhrana qarşı mübarizələrini davam etdirməli, digər tərəfdən pandemiyanın ağır nəticələrinin aradan qaldırılmasına çalışmalıdırlar.

Eyni zamanda sənəddə vurğulanıb ki, pandemiya qadınlarla kişilər arasında mövcud olan bərabərsizliyi daha da artırıb: “Pandemiya səbəbindən işini itirənlər arasında qadınlar kişilərə nisbətən çoxluq təşkil edir. Son zamanlar ailələrin mənzil təminatında böyük çətinliklər baş verib və bu məsələdə irqi ayrı-seçkilik hallarının daha da artdığı müşahidə olunub. Gənclərin işlə təminatı məsələsində də pandemiyanın mənfi təsirləri aydın hiss olunur”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri