23 
İyn
2021
13:12
93
25
3588
Virtual karabakh

Manatın dollara qarşı məzənnəsi nəyi vəd edir? - Dünya bazarlarında inflyasiya diqqət çəkir

“Azərbaycanda ixrac məhsulları, idxal məhsullarına nisbətən daha çox bahalaşıb ki, bu da cari əməliyyatlar hesabına müsbət təsir göstərir. Bu həm də manatın real effektiv məzənnəsinin yüksəlməsinə təsir deməkdir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı danışıb.

Onun sözlərinə görə, illik təqribən 10 milyard dollarlıq idxal həyata keçirən Azərbaycan üçün dünya bazarlarında inflyasiya diqqəti daha çox cəlb edir:

“Mərkəzi Bankın məlumatına əsasən, qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artaraq mayda 4,9 faizə çatmaqla hədəf dəhlizində olub. Azərbaycanda cari əməliyyatlar hesabının bu ilin ilk rübündə ÜDM-in 5,6 faizi səviyyəsində yaranmış profisiti, ikirəqəmli artan qeyri-neft ixracı və 70 dolları aşan neft qiymətləri, habelə qaz ixracının böyüməsi hesabına yerli bazarda valyuta tələbi lazımi səviyyədə ödənilir. Eyni zamanda dövlət büdcəsinin profisiti bu ilin 5 ayında 368,9 milyon manata və ya büdcə xərclərinin 4 faizinə çatıb. Beləliklə, cari əməliyyatlar hesabı və dövlət büdcəsinin eyni vaxtda yaranmış profisiti - manatın məzənnəsini saxlamaqla inflyasiyanı da cilovlayır”.

Vüsal Qasımlı qeyd edib ki, Azərbaycanda dövlət və özəl sektorun, habelə bank sektorunun aşağı hədlərdə xarici borcunun olması da manata təzyiq imkanı vermir:

“Əhalinin əmanətlərinin ilk dörd ayda 7,7 faiz artması və qeyri-nağd dövriyyənin böyüməsi də manatın məzənnəsi və qiymətlərin sabitliyi üçün arqumentlər sayıla bilər. Hələlik iqtisadi artımın kövrək bərpası da inflyasiya təzyiqi yaratmaqdan uzaqdır”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri