23 
İyn
2021
15:24
180
12
3187
Virtual karabakh

Şüveyş kanalının rəqibi olan Şimal-Cənub dəhlizinin Azərbaycan üçün əhəmiyyəti - ŞƏRH

23 İyn, 2021
15:24
3187

Şüveyş kanalının rəqibi olan Şimal-Cənub dəhlizinin Azərbaycan üçün əhəmiyyəti - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şüveyş kanalında son baş verən qəzadan sonra isə Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlib”. 

Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.

O bildirib ki, 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi yaradılıb və 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan aktiv şəkildə dəhlizin reallaşmasına dəstək olub:

“Nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib”.

Millət vəkilinin sözlərinə görə, Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək:

“Azərbaycan həm investisiya, həm infrastruktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımaların həcminin artmasına və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.

Vüqar Bayramov qeyd edib ki, layihə Azərbaycanın strateji mövqeyinin güclənməsi baxımından da əhəmiyyətlidir, xüsusilə də, Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi nəzərə alınmaqla, bölgəni əhatə edən beynəlxalq nəqliyyat layihələrinin əhəmiyyəti yüksəlməkdədir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri