23 
İyn
2021
20:15
16
135
2508
Virtual karabakh

Ekspert: “Neft qiymətlərinin artması fonunda qərbdə neft-qaz şirkətlərinə böyük təzyiq var”

23 İyn, 2021
20:15
2508

Ekspert: “Neft qiymətlərinin artması fonunda qərbdə neft-qaz şirkətlərinə böyük təzyiq var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbdə neft-qaz şirkətlərinə böyük təzyiq var ki, ətraf mühiti nəzərə alsınlar. Azərbaycan bundan çox yararlana bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri enerji məsələləri üzrə tanınmış beynəlxalq ekspert Brenda Şafer deyib.

“Enerji qiymətləri 10 ilin rekordlarını vurub. Son dəfə 13 il öncə belə qiymətlərlə rastlaşmışdıq. “Brent” markalı neftin qiyməti artıq 75 dollara yüksəlib. Məncə qiymət düşəndən sonra yenə də qalxacaq. Bazar göstərir ki, tələbat güclüdür. Bu, Avropa və ABŞ-dan kənar ölkələr üçün imkandır. Bir çox böyük şirkətlər guya istehsallarının azaldığını və ətraf mühitə önəm verirlərmiş kimi göstərmək üçün avadanlıqlarını satırlar. Digər dövlətlər üçün isə bu gözəl imkandır. Təbii ki, əvvəl-axır yeni texnologiyalar erasına daxil olacağıq, hansı ki, neft və qazdan istifadə etməyəcək. Bəlkə də 40-50 il sonra. Amma o vaxta kimi, neft və qaza çox tələbat olacaq. Enerji transformasiyası texnologiyaya görə yox, siyasi dəyişikliklərə görə baş verir”, - deyə ekspert əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri