29 
İyn
2021
15:46
221
23
3127
Virtual karabakh

Türkiyədən Naxçıvana qaz xəttinin çəkilişi ilə bağlı SOCAR-dan AÇIQLAMA

29 İyn, 2021
15:46
3127

Türkiyədən Naxçıvana qaz xəttinin çəkilişi ilə bağlı SOCAR-dan AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İğdır-Naxçıvan boru kəməri layihəsini Türkiyənin BOTAŞ şirkəti inşa edəcək, SOCAR isə bu layihədə birbaşa olaraq iştirak etmir”. 

Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.

O bildirib ki, layihə Türkiyə tərəfindən həyata keçirilir və məlumat mübadiləsi Azərbaycanın Energetika Nazirliyi ilə aparılır:

“Bu Türkiyə və Azərbaycan dövlətlərinin birgə layihəsidir. Ötən il Azərbaycanın Energetika Nazirliyi ilə qarşı tərəf arasında memorandum imzalandı. Daha sonra Türkiyə tərəfi layihələndirmə işlərinə başladı. SOCAR layihə ilə bağlı bəzi işlərdə vasitəçi rolunu oynayır. Türkiyə layihəni işləyib təqdim edib, Azərbaycan tərəfi isə layihəyə baxış keçirməli və öz töhfəsi nə olacaqsa onu müəyyən etməlidir”.

SOCAR rəsmisi qeyd edib ki, hazırda hökumət strukturları tərəfindən bu layihəyə baxılır və hazır olduqda təqdim olunacaq. 

Xatırladaq ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez mətbuata açıqlamasında layihə ilə bağlı texniki məlumatların təsdiqlənməsini gözlədiklərini bildirib. Onun sözlərinə görə, bu təsdiqlər əldə edilən kimi xəttin tikintisinə başlanılacaq.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri