İyl
2021
11:35
22
76
1816
Virtual karabakh

Fuad Nağıyev: “KOBİA-nın regionlarda göstərdiyi dəstəyi yüksək qiymətləndiririk” - FOTO

1 İyl, 2021
11:35
1816

Fuad Nağıyev: “KOBİA-nın regionlarda göstərdiyi dəstəyi yüksək qiymətləndiririk” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramı regional turizmə həsr olunmuş ilk startap proqramıdır”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev danışıb.

O bildirib ki, bu maraqlı və mühüm layihə qarşıda duran əsas hədəflərimizdən biri olan regionlarda turizmin inkişafına yönəlib.

Sədrin sözlərinə görə, bu layihə bölgələrdə məşğulluğun artması, eləcə də yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək:

“Layihə həm turizm sektorunda xidmət keyfiyyətinin artmasına, həm də turizm növlərinin çoxalmasına töhfə verəcək. Layihə ilə bağlı proqramın hazırlanmasında KOBİA əsas dəstəkçi və tərəfdaşlarımızdan biridir. KOBİA-nın regionlarda göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Proqramın icrası ilə regionlarda turizm müəssisələrinə daha çox turistin cəld edilməsinə nail olacağıq”.

Nigar Məmmədova

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri