İyl
2021
13:40
133
46
3946
Virtual karabakh

Nazirlik rəsmisi: “Kol-kos basmış ərazilər dəyərləndirilir - Yüzlərlə yeni iş yeri açılacaq” - AÇIQLAMA

2 İyl, 2021
13:40
3946

Nazirlik rəsmisi: “Kol-kos basmış ərazilər dəyərləndirilir - Yüzlərlə yeni iş yeri açılacaq” - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Meşə Fondu torpaqlarının ekoloji tarazlığın qorunması şərtilə əkin dövriyyəsinə cəlb edilməsi aqrar sahədə məşğulluğun artmasına da müsbət təsir göstərir”.

Oxu.Az-ın məlumatına görə, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov verib.

O bildirib ki, burada iki variant var, ya bu ərazilər elə yabanı bitki kollarının yayıldığı sahələr olaraq qalmalıdır, ya da bu torpaqlardan daha səmərəli istifadə etmək üçün investisiya yatırılmalıdır:

“Meşə fondunun açıq sahələrində intensiv meyvə bağlarının, çay plantasiyalarının salınması torpaqların münbitliyini qorunması, dağ yamaclarında erroziyanın qarşısının alınması, atmosferə atılan zərərli qazların neytrallaşdırılması, aqrar sahəyə uğurlu investisiya qoyuluşu, çoxlu sayda yeni iş yerinin yaradılması, kənd əhalisinin gəlirlərinin çoxalması, kənd təsərrüfatı məhsullarının istehsalının artması deməkdir. Buraya ixracyönlü kənd təsərrüfatı məhsullarının artmasını da əlavə etmək olar. Üstəlik, çayçılıq və meyvəçilik əməktutumlu sahələrdən hesab olunur. Araşdırmalara görə, bir hektar ərazidə çay plantasiyasının salınması dörd nəfərin daimi, 10-15 nəfərin mövsümi işlə təmin olunmasına səbəb olur. Meyvə bağlarına qulluq üçün orta hesabla 5-6 nəfər daimi işlə təmin olunur. Bu yanaşma nəticəsində yüzlərlə yeni iş yeri açılacaq, ekoloji tarazlıq və ərazilərin biomüxtəlifliyi qorunacaq”.

İlham Qurbanov bildirib ki, əkin dövriyyəsinin meşə fondunun açıq sahələrindən ibarət ərazilər hesabına genişləndirilməsi orta müddətli planda müsbət nəticələr verəcək: “Kol-kos basmış ərazilərin yerində çay kolları əkilir, yeni plantasiyalar salınır. Bu gələcəyə yatırılan uzunmüddətli investisiyadır”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri