İyl
2021
14:48
131
34
2502
Virtual karabakh

“Azərkosmos” Çinin kosmik şirkəti ilə əməkdaşlığa başladı

2 İyl, 2021
14:48
2502

“Azərkosmos” Çinin kosmik şirkəti ilə əməkdaşlığa başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərkosmos” Çinin kosmik sənayesinin kommersiya fəaliyyətini həyata keçirən yüksək texnologiya şirkəti “Satelliteherd” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Qurumdan Oxu.Az-a verilən məlumatda bildirilir ki, müqaviləyə əsasən “Satelliteherd” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) diametri 4,2 metr olan yerüstü anten quraşdırıb.

“Satelliteherd” şirkəti bu anten vasitəsilə kosmik bazarda fəaliyyət göstərən peyklər və peyk şəbəkələri arasında izləməni, peyklərin sağlamlığının yoxlanılmasını, telemetriyanın alınmasını və peyklərə nəzarətin düzgün aparılmasını təmin edəcək.

“Çin ilə Azərbaycanın coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, “Satelliteherd” şirkəti ilə peyk həlləri sahəsində fəal əməkdaşlıq edəcəyimizə əminəm”, - deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri