İyl
2021
10:58
10
102
3100
Virtual karabakh

Dövlət xətti ilə kirayə qaldığı evi satın almaq istəyənlərin sayı BİLİNDİ

6 İyl, 2021
10:58
3100

Dövlət xətti ilə kirayə qaldığı evi satın almaq istəyənlərin sayı BİLİNDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, 2021-ci ildən iyul ayının əvvəlinə fond 3 068 borcalana 35 840 000 manat civarında ipoteka krediti verib.

Ümumilikdə isə bu günə qədər fond 34 530 borcalana 1 846 041 593 manat məbləğində ipoteka krediti verib.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 874 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib.

Təkcə 2021-ci ilə nəzər saldıqda isə ilin əvvəlindən iyul ayının 1-nə dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 458 mənzil təqdim edilib.

Fondun məlumatında qeyd edilib ki, zəmanət və subsidiya mexanizmi ilə 231 718 000 manat məbləğində kredit maliyyələşdirilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri