İyl
2021
11:18
284
15
2962
Virtual karabakh

Ağdama işıq çəkilir: İki yarımstansiya yaxın vaxtda istifadəyə veriləcək - FOTO/VİDEO

6 İyl, 2021
11:18
2962

Ağdama işıq çəkilir: İki yarımstansiya yaxın vaxtda istifadəyə veriləcək - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə kompleks işlər həyata keçirilir.

“Azərenerji” ASC-dən Oxu.Az-a verilən məlumata əsasən, Ağdam rayonunda 2 ədəd 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.

“Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir. Sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Bundan əlavə “Ağdam-1” yarımstansiyasının yaxınlığında “Azərenerji”nin Qarabağ Regional idarəetmə mərkəzi də tikilir.

“Ağdam-1” yarımstansiyasında işlər sürətlə aparılır. “Ağdam-2” yarımstansiyasında isə artıq işlərin böyük hissəsi görülüb, tikinti yekunlaşma mərhələsinə daxil olub. 40 km məsafədə çəkilən 110 kV-luq elektrik verilişi xəttinin, o cümlədən “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, eləcə də burada inşa edilən Qarabağın Regional idarəetmə mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri