İyl
2021
14:08
79
142
2660
Virtual karabakh

Bakı daha bir beynəlxalq foruma ev sahibliyi edəcək - FOTO

6 İyl, 2021
14:08
2660

Bakı daha bir beynəlxalq foruma ev sahibliyi edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

25-ci İBF Forumu (İnternational Business Forum) bu il Bakıda keçiriləcək. Qeyd edək ki, forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur.

1995-ci ildə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təsis edilmiş və ildə bir dəfə keçirilən İBF Forumu çərçivəsində bir sıra panel iclaslar, ölkə təqdimatları, ikitərəfli görüşlər və s. tədbirlər təşkil olunur.  

İyulun 6-da iş adamlarının, biznes assosiasiyaların və İBF-in nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İBF arasında 25-ci İBF-in Forumunun Bakıda keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İBF-in sədri Erol Yarar imzalayıblar. 
Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İBF Forumunun ölkəmizdə keçirilməsinin iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli olacağını bildirib.

Qeyd olunub ki, forum çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur. Forum post-COVID dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından da əhəmiyyətli olacaq.

Beynəlxalq Biznes Forumun (İBF) rəhbəri Erol Yarar və MÜSİAD sədri Abdurrahman Uzun 25 ildir keçirilən İBF forumunun əhəmiyyətinə dair fikirlərini bölüşüb, növbəti tədbirin Bakıda keçirilməsindən məmnunluqlarını bildiriblər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov forumun iş adamları arasında yeni əlaqələrin qurulması və əməkdaşlığın inkişafı, eləcə də ölkəmizin biznes mühitinin təqdim olunması baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Tədbir çərçivəsində həmçinin, İBF-in fəaliyyətinə dair film nümayiş olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri